Divizion komandaları cərimələndi
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Komanda.az xəbər verir ki, iclasda 1-ci divizionun 6-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Qaradağ Lökbatan” – “Səbail-2” oyununda “Səbail-2” komandasının futbolçusu Bayraməli Qurbanov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, komanda 20 manat cərimə olunur.
“Kəpəz” – “Neftçi-2” oyununda “Kəpəz”in 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.
“Neftçi-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün komanda 80 manat cərimə olunur.
“Neftçi-2” komandasının futbolçusu Xəqani Sadıxov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, komanda 160 manat cərimə olunur.
“Qarabağ-2” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.
Bizi Facebook-da izləyin