AFFA Kamran Quliyevi cəzalandırdı – qeyri-etik ifadəyə görə

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, iclasda 1-ci divizionun 17-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

1-ci divizionun 17-ci turunun “Qaradağ Lökbatan” – “Zaqatala” oyununda “Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;

“Kəpəz” – “Neftçi-2” oyununda “Neftçi-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;

“Keşlə-2” – “Qarabağ-2” oyununda “Keşlə-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;

“Keşlə-2” klubunun futbolçusu Fərid Nadirov ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur;

Oyun bitdikdən sonra “Keşlə-2” klubunun baş məşqçisi Rüstəm Əliyev hakimə etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır;

“Sumqayıt-2” – MOİK oyununda MOİK klubunun futbolçusu Ramil Orucov ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur;

“Sumqayıt-2” – MOİK oyununda xərəkdaşıyan şəxslərin yaş həddi pozulduğu üçün meydan sahibi klub 80 manat cərimə olunur;

“Turan Tovuz” – “Sabah-2” oyununda “Sabah-2” klubunun futbolçusu Kamran Quliyev qeyri-etik ifadəyə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 160 manat cərimə olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button