“Sumqayıt”ın futbolçusuna 5 oyunluq cəza!

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:

Premyer Liqanın 8-ci turunun “Sabah” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun futbolçusu Murad Xaçayev aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanır, klub 4000 manat cərimə olunur.

Oyunun mətbuat konfransı zamanı “Sumqayıt” klubunun baş məşqçisi Ayxan Abbasov hakimin idarəçiliyinə qarşı qeyri-etik ifadələr işlətdiyi üçün klub 1600 manat cərimə olunur.

8-ci turun “Keşlə” – “Qəbələ” oyununda “Qəbələ” klubunun futbolçusu Stefan Vukçeviç ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

8-ci turun “Səbail” – “Qarabağ” oyununda “Səbail” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button