AFFA-da qərar günü: Premyer Liqanın taleyinə aydınlıq gəlir
Bu gün AFFA İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçiriləcək.
Komanda.az xəbər verir ki, saat 11:00-da başlayacaq iclasda Azərbaycan Premyer Liqasının və ölkə kubokunun taleyinə aydınlıq gələcək.
Koronavirus pandemiyasına görə martdan dayandırılan Azərbaycan Premyer Liqasının iyunun 21-də bərpa olunması nəzərdə tutulur. Bu barədə AFFA-nın mayın 31-də keçirilən iclasında qərar qəbul olunmuşdu.
Həftəsonları tətbiq edilən sərt karantin rejimi klubların məşq və oyun imkanlarını məhdudlaşdırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin