Azərbaycan millisi Macarıstana da uduzdu

Bu gün AÇ-2020-nin seçmə mərhələsində 8-ci tura start verilib.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandası da növbəti oyununa çıxıb. Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv Macarıstan yığması ilə qarşılaşıb.

Azərbaycan millisi yer aldığı E qrupunda 1 xalla sonuncu idi. Macarıstan isə 9 xalla 3-cü sıradaydı.

Qarşılaşmanın taleyini bir qol həll edib. Erkən qol vuran macarlar bu üstünlüklərini sonadək qoruyublar. Baxmayaraq ki, matçın əlavə vaxtında yığmamızın vurduğu təmiz qol hakimlər tərəfindən qeydə alınmayıb.

Qrupun digər oyununda lider Xorvatiya millisi Uelsin qonağı olacaq.

AÇ-2020, seçmə mərhələ, 8-ci tur

13 oktyabr

Macarıstan – Azərbaycan 1:0
Qol: Mihay Korhut, 10.
Baş hakim:
Dennis Hiqler (Hollandiya)

Macarıstan: 1. Peter Qulaç, 3. Mihay Korhut, 5. Botond Barat, 6. Villi Orban, 7. Balaş Dsudsak (k), 8. Mate Vida, 9. Adam Salai, 10. Dominik Soboslai, 14. Gerqo Lovrençiç, 15. Roland Sallai, 20. İstvan Kovaç.
Ehtiyat oyunçular: 12. Denes Dibus, 22. Adam Kovaçik, 2. Adam Lanq, 4. Yanos Ferentsi, 11. Kristian Nemet, 13. David Siqer, 16. Endre Botka, 17. Roland Varqa, 18. Dominik Nod, 19. David Holman, 23. Robert Feçeşin, 23. Filip Holender.
Baş məşqçi: Marko Rossi.
Azərbaycan: 12. Emil Balayev, 2. Qara Qarayev (k), 3. Şəhriyar Rəhimov, 4. Bəhlul Mustafazadə, 6. Bədavi Hüseynov, 9. Ağabala Ramazanov, 11. Ramil Şeydayev, 13. Eddi İsrafilov, 19. Təmkin Xəlilzadə, 20. Riçard Almeyda, 21. Pavel Paşayev.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 23. Şahrudin Məhəmmədəliyev, 7. Araz Abdullayev, 8. Emin Mahmudov, 10. Namiq Ələsgərov, 14. Rəşad Eyubov, 15. Ömər Buludov, 16. Rüfət Dadaşov, 17. Renat Dadaşov, 18. Şəhriyar Əliyev, 22. Cavid Hüseynov.
Baş məşqçi: Nikola Yurçeviç

Uels – Xorvatiya 1:1
Qol:
Q.Beyl, 45+3 – Vlaşiç, 9.
Baş hakim: Byörn Kuypers (Hollandiya)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button