AÇ-2020: Qrup mərhələsinə yekun vuruldu
Bu gün AÇ-2020-nin qrup mərhələsinin sonuncu – 3-cü turunun oyunlarına yekun vurulub.
Komanda.az xəbər verir ki, ilk oyun günündə A qrupunun qarşılaşmaları oynanılıb. Qrupda sonuncu sırada yer alan Türkiyə yığması İsveçrə ilə qarşılaşıb. Bakı Olimpiya Stadionunda keçirilən görüş saat 20:00-da start götürüb. Türkiyə millisi sözügedən oyunda qələbə qazansa belə, 1/8 finala yüksəlmək üçün digər qruplardakı oyunların nəticələrini gözləməli olacaqdı. Amma bu görüş də türklərin məğlubiyyəti ilə bitib.
Qrupun digər matçında lider İtaliya Uelslə qarşılaşıb. İtaliya yığması 2-ci turdan sonra 1/8 finala vəsiqəni təmin etmişdi. Uelsə növbəti mərhələ üçün heç-heçə də sərf edirdi. Amma italyanlar bu oyundan da qalib ayrılıblar.
Dünən B və C qrupunun qarşılaşmaları keçirilib. C qrupu çərçivəsində Şimali Makedoniya Niderlandla, Ukrayna isə Avstriya ilə qarşılaşıb. Niderland son oyunda da darmadağına sevinərək qrupdan maksimum nəticə ilə çıxıb. Avstriya yığması isə Ukrayna üzərində qələbə ilə qrup ikincisi olub.
B qrupunda Rusiya yığması Danimarka ilə üz-üzə gəlib. Daha əvvəl 1/8 finala vəsiqəni təmin edən Belçika millisi isə Finlandiyanı sınağa çəkib. Belçikalılar da qrupdan maksimum nəticə ilə çıxıblar. Digər oyunda isə Danimarka darmadağına sevinib. Sonrakı üç pillənin bütün sahibləri 3 xala malik olsa da, daha yaxşı top fərqinə malik Danimarka ikinci yerlə növbəti mərhələyə yüksəlib.
Dnnən D qrupunun qarşılaşmaları keçirilib. İngiltərə yığması Çexiyanı, Xorvatiya isə Şotlandiyanı sınağa çəkib. İngilislər və xorvatlar qələbə qazanmaqla müvafiq olaraq qrup birincisi və qrup ikincisi kimi 1/8 finala yüksəliblər.
Bu gün E və F qrupunun qarşılaşmaları keçirilib. Əvvəlcə E qrupu çərçivəsində Slovakiya ilə İspaniya, İsveçlə Polşa üz-üzə gəlib. İsveç yığması beş qolun qeydə alındığı polşalılarla dueldən çətin qələbə ilə ayrılıb və qrup lideri kimi 1/8 finala yüksəlib. Digər oyunda isə İspaniya yığması 5 cavabsız qolla qələbə qazanıb. Nəticədə, ispanlar da qrup ikincisi kimi mərhələ adlayıblar.
F qrupunda Macarıstan Almaniya ilə qarşılaşıb. Qrupun lideri Fransa isə Portuqaliya ilə üz-üzə gəlib. Bu oyunların hər ikisində komandalar meydanı hərəyə 2 qol və 1 xalla tərk ediblər. Bu üzdən də Fransa qrup lideri, Almaniya isə ikinci yerlə 1/8 finala vəsiqəni təmin edib.
AÇ-2020, qrup mərhələsi, 3-cü tur
20 iyun
A qrupu
İtaliya – Uels 1:0
Qol: M.Pessina, 39.
Qırmızı vərəqə: E.Ampadu, 55.
İtaliya: 21. Canluici Donnarumma, 6. Marko Verratti, 8. Jorjinyo, 9. Andrea Belotti, 12. Matteo Pessina, 13. Emerson, 14. Federiko Kyeza, 19. Leonardo Bonuççi (k), 20. Federiko Bernardeski, 23. Alessandro Bastoni, 25. Rafael Toloy.
Uels: 12. Denni Uord, 2. Kris Qanter, 3. Neko Uilyams, 6. Co Rodon, 7. Co Allen, 10. Aaron Remsi, 11. Qaret Byel (k), 14. Konnor Roberts, 15. Etan Ampadu, 16. Co Morrell, 20. Daniel Ceyms.
İsveçrə – Türkiyə 3:1
Qol: H.Seferoviç, 6. C.Şakiri, 26; 68 – İ.C.Kahveci, 62.
İsveçrə: 1. Yan Zommer, 3. Silvan Vidmer, 4. Niko Elvedi, 5. Manuel Akanci, 7. Bril Embolo, 8. Remo Froyler, 9. Haris Seferoviç, 10. Qranit Caka (k), 13. Rikardo Rodriqes, 14. Stiven Zuber, 23. Cerdan Şakiri.
Türkiyə: 23. Uğurcan Çakır, 2. Zeki Çelik, 3. Merih Demiral, 4. Çağlar Söyüncü, 6. Ozan Tufan, 7. Cengiz Ünder, 10. Hakan Çalhanoğlu, 17. Burak Yılmaz (k), 21. İrfan Can Kahveci, 22. Kaan Ayhan, 25. Mert Müldür.
21 iyun
C qrupu
Şimali Makedoniya – Niderland 0:3
Qol: M.Depay, 24. C.Veynaldum, 51; 58.
Şimali Makedoniya: 1. Stole Dimitrevski, 5. Ariyan Ademi, 6. Visar Musliu, 7. İvan Triçkovski, 8. Ezqyan Alioski, 9. Aleksandr Traykovski, 10. Qoran Pandev (k), 13. Ştefan Ristovski, 14. Darko Velkovski, 17. Enis Bardi, 21. Elyif Elmas.
Niderland: 1. Martin Stekelenburq, 3. Matteys De Liqt, 6. Stefan de Vrey, 8. Corcinyo Veynaldum (k), 10. Memfis Depay, 12. Patrik van Aanholt, 16. Rayan Qravenberx, 17. Deyli Blind, 18. Donyell Malen, 21. Frenki de Yonq, 22. Denzel Dumfris.
Ukrayna – Avstriya 0:1
Qol: K.Baumqartner, 21.
Ukrayna: 1. Georgi Buşçan, 5. Sergey Sidorçuk, 7. Andrey Yarmolenko (k), 8. Ruslan Malinovski, 9. Roman Yaremçuk, 10. Mikola Şaparenko, 13. İlya Zabarnı, 16. Vitali Mikolenko, 17. Aleksandr Zinçenko, 21. Aleksandr Karavayev, 22. Mikola Matviyenko.
Avstriya: 13. Daniel Baxmann, 3. Aleksandr Draqoviç, 4. Martin Hinteregger, 7. Marko Arnautoviç, 8. David Alaba (k), 9. Marsel Sabitzer, 10. Florian Qrilliç, 19. Kristof Baumqartner, 21. Ştefan Layner, 23. Xavyer Şlager, 24. Konrad Laymer.
B qrupu
Rusiya – Danimarka 1:4
Qol: A.Dzyuba, 70-pen – M.Damsqaard, 38. Y.Poulsen, 59. A.Kristensen, 79. Y.Mehle, 82.
Rusiya: 16. Matvey Safonov, 2. Mario Fernandes, 3. İqor Diveyev, 7. Maqomed Ozdoyev, 11. Roman Zobnin, 13. Fyodr Kudryaşov, 14. Georgi Cikiya, 15. Aleksey Mirançuk, 17. Aleksandr Qolovin, 22. Artyom Dzyuba (k), 23. Daler Kuzyayev.
Danimarka: 1. Kasper Şmeyxel, 3. Yannik Vesterqaard, 4. Simon Kyaer (k), 5. Yoakim Mehle, 6. Andreas Kristensen, 8. Tomas Dileyni, 9. Martin Breytveyt, 14. Mikkel Damsqaard, 18. Daniel Vass, 20. Yussuf Poulsen, 23. Pyer-Emil Heyberq.
Finlandiya – Belçika 0:2
Qol: L.Hradeçki, 74-öz qapısına. R.Lukaku, 81.
Finlandiya: 1. Lukas Hradeçki, 2. Paulus Arajuri, 3. Daniel O’Şonessi, 4. Yoona Toivio, 6. Qlen Kamara, 8. Robin Lod, 10. Teemu Pukki, 14. Tim Sparv (k), 18. Yere Uronen, 20. Yoel Pohyanpalo, 22. Yukka Raitala.
Belçika: 1. Tibo Kurtua, 3. Tomas Vermalen, 4. Dedrik Boyata, 6. Aksel Vitsel, 7. Kevin De Bruyne, 9. Romelu Lukaku, 10. Eden Hazard (k), 18. Ceyson Denayer, 22. Naser Şadli, 24. Leandro Trossard, 25. Jeremi Doku.
22 iyun
D qrupu
Xorvatiya – Şotlandiya 3:1
Qol: N.Vlaşiç, 17. L.Modriç, 62. İ.Perişiç, 77 – K.Makqreqor, 42.
Xorvatiya: 1. Dominik Livakoviç, 4. İvan Perişiç, 6. Deyan Lovren, 8. Mateo Kovaçiç, 10. Luka Modriç (k), 11. Marselo Brozoviç, 13. Nikola Vlaşiç, 20. Bruno Petkoviç, 21. Domaqoy Vida, 22. Yosip Yuranoviç, 25. Yoşko Qvardiol.
Şotlandiya: 1. David Marşall, 2. Stiven O`Donnell, 3. Endryu Robertson (k), 4. Skott Maktominay, 5. Qrant Heynli, 6. Kiran Tirni, 7. Con Makqinn, 8. Kallum Makqreqor, 9. Lindon Dayks, 10. Çe Adams, 17. Stüart Artmstronq.
Çexiya – İngiltərə 0:1
Qol: R.Sterlinq, 12.
Çexiya: 1. Tomaş Vatslik, 3. Andrey Çelustka, 5. Vladimir Çoufal, 6. Tomaş Kalas, 8. Vladimir Darida (k), 9. Tomaş Holeş, 10. Patrik Şik, 12. Lukas Masopust, 14. Yakub Yankto, 15. Tomaş Souçek, 18. Yan Boril.
İngiltərə: 1. Cordan Pikford, 2. Kayl Uolker, 3. Lyuk Şou, 4. Deklan Rays, 5. Con Stounz, 6. Harri Maquayr, 7. Cek Qriliş, 9. Harri Keyn (k), 10. Rahim Sterlinq, 14. Kelvin Fillips, 25. Bukayo Saka.
23 iyun
E qrupu
Slovakiya – İspaniya 0:5
Qol: M.Dubravka, 30-öz qapısına. A.Laporte, 45+3. P.Sarabiya, 56. F.Torres, 67. Y.Kuçka, 71.
Matçın 12-ci dəqiqəsində A.Morata penaltidən yararlana bilməyib (qapıçı).
Slovakiya: 1. Martin Dubravka, 2. Peter Pekarik, 5. Lubomir Şatka, 8. Andrey Duda, 14. Milan Şkrinyar, 15. Tomaş Huboçan, 17. Marek Hamşik (k), 18. Lukaş Haraslin, 19. Yuray Kuçka, 20. Robert Mak, 25. Yakub Hromada.
İspaniya: 23. Unai Simon, 2. Sesar Aspilikueta, 5. Serxio Buskets (k), 7. Alvaro Morata, 8. Koke, 9. Xerard Moreno, 12. Erik Qarsiya, 18. Jordi Alba (k), 22. Pablo Sarabiya, 24. Aymerik Laporte, 26. Pedri.
İsveç – Polşa 3:2
Qol: E.Forsberq, 2; 59. V.Klaesson, 90+4 – R.Levandovski, 61; 84.
İsveç: 1. Robin Olsen, 2. Mikael Lustiq, 3. Viktor Lindelöf, 6. Lüdviq Auqustinsson, 7. Sebastyan Larsson (k), 8. Albin Ekdal, 10. Emil Forsberq, 11. Aleksandr İsak, 20. Kristoffer Olsson, 22. Robin Kayson, 24. Markus Danielson.
Polşa: 1. Voyçex Şesnı, 5. Yan Bednarek, 9. Robert Levandovski (k), 10. Qreqor Krıxovyak, 11. Karol Sviderski, 14. Mateuş Klix, 15. Kamil Qlik, 18. Bartoş Bereşinski, 20. Pyotr Zelinski, 21. Kamil Yuzvyak, 26. Tımoteuş Puxaç.
F qrupu
Portuqaliya – Fransa 2:2
Qol: K.Ronaldo, 31-pen; 60-pen – K.Benzema, 45+2-pen; 48.
Portuqaliya: 1. Rui Patrisio, 2. Nelson Semedo, 3. Pepe, 4. Ruben Dias, 5. Rafael Gerreyro, 7. Kristiano Ronaldo (k), 8. Joao Moutinyo, 10. Bernardo Silva, 13. Danilo, 16. Renato Sançes, 21. Dioqo Jota.
Fransa: 1. Üqo Lyoris (k), 3. Presnel Kimpembe, 4. Rafael Varan, 6. Pol Poqba, 7. Antuan Qrizmann, 10. Kilian Mbappe, 12. Korentin Tolisso, 13. Nqolo Kante, 19. Kərim Benzema, 21. Lukas Hernandes, 25. Jül Kunde.
Almaniya – Macarıstan 2:2
Qol: K.Haverts, 66. L.Qoretska, 84 – A.Salai, 11. A.Şafer, 68.
Almaniya: 1. Manuel Noyer (k), 2. Antonio Rüdiger, 4. Mattias Ginter, 5. Mats Hummels, 6. Yozua Kimmix, 7. Kay Haverts, 8. Toni Kroos, 10. Serj Qnabri, 20. Robin Qosens, 21. İlkay Gündoğan, 19. Leroy Sane.
Macarıstan: 1. Peter Qulaçi, 4. Attila Salai, 5. Attila Fiola, 6. Villi Orban, 7. Loik Neqo, 8. Adam Naqi, 9. Adam Salai (k), 13. Andras Şafer, 15. Laslo Klaynhaysler, 20. Roland Sallai, 21. Endre Botka.
Bombardir: Kriştiano Ronaldo (Portuqaliya) – 5 qol.
Bizi Facebook-da izləyin