AÇ-2020: Son 4 iştirakçı məlum oldu!

Bu gün AÇ-2020-nin pley-off mərhələsinin son 4 oyunu keçirilib.

Komanda.az xəbər verir ki, bu gün oynanılan matçlardan sonra gələn il keçiriləcək final mərhələsinə yüksələn son komandaların adları məlum olub.

D yolunda Gürcüstan yığması həlledici matçda doğma meydanda Şimali Makedoniyanı qəbul edib. Minimal hesabla qalib gələn Şimali Makedoniya yığması tarixində ilk dəfə qitə birinciliyində iştirak hüququ qazanıb.

A yolunda Macarıstan İslandiyanı, B yolunda Şimali İrlandiya Slovakiyanı, C yolunda isə Serbiya Şotlandiyanı qəbul edib. Bu oyunlarda Macarıstan, Slovakiya və Şotlandiya yığmaları sevinən tərəf olub.

Koronavirus pandemiyasına görə 2021-ci ilə təxirə salınan AÇ-2020-nin əsas mərhələsinə daha əvvəl Belçika, İtaliya, İngiltərə, Almaniya, İspaniya, Ukrayna, Fransa, Polşa, İsveçrə, Xorvatiya, Niderland, Rusiya, Portuqaliya, Türkiyə, Danimarka, Avstriya, İsveç, Çexiya, Uels və Finlandiya yığmaları vəsiqə qazanıb.

AÇ-2020, pley-off mərhələsi, final

12 noyabr

D yolu

Gürcüstan – Şimali Makedoniya 0:1
Qol
: Pandev, 56.

A yolu

Macarıstan – İslandiya 2:1
Qol
: Neqo, 88. Soboslai, 90+2 – Siqurdsson, 11.

B yolu

Şimali İrlandiya – Slovakiya 1:2
Qol
: Şkrinyar, 88-öz qapısına – Kuçka, 17. Duriş, 110.

C yolu

Serbiya – Şotlandiya 1:1 (penaltilər 4:5)
Qol: Yoviç, 90 – Kristie, 52.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button