AÇ-2020: İtaliya millisi Avropa çempionu oldu!
Bu gün AÇ-2020-nin final matçı keçirilib.
Komanda.az xəbər verir ki, həlledici matçda İngiltərə və İtaliya milli komandaları üz-üzə gəlib. Londonda, “Uembli” stadionunda keçirilən qarşılaşmaya saat 23:00-da start verilib. Matçı niderlandlı referi Byörn Kuypers idarə edib.
Komandalar buna qədər 27 dəfə üz-üzə gəlmişdilər. Bu matçlarda italyanlar 10, ingilislər isə 8 dəfə qələbə qazanmışdı. 9 oyun isə heç-heçə bitmişdi.
Final matçında hesabı ilk dəqiqələrdə ingilislər açıblar. Amma italyanlar ikinci hissədə buraxılan qolun əvəzini çıxa biliblər. Başqa qol olmadığından, əsas vaxt heç-heçə bitib. Əlavə vaxtda da hesab dəyişmədiyindən, qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən İtaliya yığması tarixində ikinci dəfə Avropa çempionu olub.
AÇ-2020, final
11 iyul
İtaliya – İngiltərə – 1:1 (penaltilər 3:2)
Qol: L.Bonuççi, 67 – L.Şou, 2.
Baş hakim: Byörn Kuypers (Niderland)
London, “Uembli” stadionu.
İtaliya: 21. Canluici Donnarumma, 2. Covanni Di Lorentso, 3. Corco Kyellini (k), 6. Marko Verratti, 8. Jorjinyo, 10. Lorentso İnsinye, 13. Emerson, 14. Federiko Kyeza, 17. Çiro İmmobile, 18. Nikola Barella, 19. Leonardo Bonuççi.
İngiltərə: 1. Cordan Pikford, 2. Kayl Uolker, 3. Lyuk Şou, 4. Deklan Rays, 5. Con Stounz, 6. Harri Maquayr, 9. Harri Keyn (k), 10. Rahim Sterlinq, 12. Kiran Trippyer, 14. Kelvin Fillips, 19. Meyson Maunt.
Bizi Facebook-da izləyin