AÇ-2020: İngiltərə və Ukrayna da 1/4 finalda!
AÇ-2020-nin 1/8 final mərhələsinə yekun vurulub.
Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. Əvvəlcə Uels və Danimarka milli komandaları üz-üzə gəliblər. Danimarkalılar darmadağınla növbəti mərhələyə yüksəliblər. Günün digər matçında İtaliya yığması Avstriyanın müqavimətini qırmağa çalışıb. Əsas vaxtı qolsuz bitən bu oyunun qalibi əlavə vaxtda müəyyənləşib. İtaliya yığması çətin qələbə sayəsində 1/4 finala yüksəlib.
Əvvəlcə Budapeştdəki “Puşkaş Arena”da Niderland və Çexiya yığmaları üz-üzə gəlib. Çexlər inamlı qələbə sayəsində 1/4 finala yüksəliblər. Günün digər matçı isə Sevilyada, Belçika və Portuqaliya yığmaları arasında keçirilib. Bu oyun isə Belçika yığmasının qələbəsiylə yekunlaşıb.
Beləliklə, 1/4 finalda Çexiya Danimarkayla, Belçika isə İtaliya ilə qarşılaşmaq hüququ əldə edib.
Dünən Kopenhagendəki “Parken” stadionunda Xorvatiya və İspaniya yığmaları üz-üzə gəlib. Bu qarşılaşmanın əsas vaxtında qapılara 6 qol vurulsa da, qalib müəyyənləşməyib. Bu üzdən əlavə vaxta ehtiyac duyulub. Son yarım saatda daha iki qol vuran ispanlar 1/4 finala yüksəliblər.
Günün digər matçı Buxarestdə, Fransa və İsveçrə milli komandaları arasında keçirilib. Bu oyunda hesabı isveçrəlilər açıblar. Fasilədən sonra bu komanda penalti də qazanıb. Lakin Rikardo Rodriqesin zərbəsini rəqib qapıçı dəf edib. Məhz bu epizodun ardından fransızlar ardıcıl üç qol vurublar. Amma İsveçrə yığması sonadək mübarizə apararaq hesabı bərabərləşdirməyə nail olub. Əlavə vaxtda isə hesab dəyişməyib. Bu üzdən qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən İsveçrə yığması böyük sürprizə imza ataraq 1/4 finala vəsiqə qazanıb.
Bu gün daha iki qarşılaşma keçirilib. İngiltərə yığması Almaniya ilə qarşılaşıb. İngilislər inamlı qələbə sayəsində növbəti mərhələyə yüksəliblər. Günün son matçında Ukrayna İsveçin müqavimətini qırmağa çalışıb. Ukraynalılar buna 120 dəqiqənin tamamında nail olublar və 1/4 finala yüksəliblər.
Qrup oyunlarına ev sahibliyi edən Bakı Olimpiya Stadionunda 1/8 final görüşlərindən heç biri keçirilməyəcək. Əvəzində 1/4 finalın bir görüşü Azərbaycanda keçiriləcək. Bu oyunda Danimarka və Çexiya yığmaları qarşılaşacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək həmin görüş isə iyulun 3-nə təyin edilib.
AÇ-2020, 1/8 final mərhələsi
26 iyun
Uels – Danimarka 0:4
Qol: K.Dolberq, 27; 48. Y.Mehle, 88. M.Breytveyt, 90+6.
Amsterdam. “Yohan Kroyff Arena”.
Uels: 12. Denni Uord, 4. Ben Devis, 6. Co Rodon, 7. Co Allen, 10. Aaron Remsi, 11. Qaret Beyl (k), 13. Kiffer Mur, 14. Konnor Roberts, 16. Co Morrell, 20. Daniel Ceyms, 22. Kris Mefam.
Danimarka: 1. Kasper Şmeyxel, 3. Yannik Vesterqaard, 4. Simon Kyaer (k), 5. Yoakim Mehle, 6. Andreas Kristensen, 8. Tomas Dileyni, 9. Martin Breytveyt, 12. Kasper Dolberq, 14. Mikkel Damsqaard, 17. Yens Larsen, 23. Pyer-Emil Heyberq.
İtaliya – Avstriya 2:1
Qol: F.Kyeza, 95. M.Pessina, 105 – S.Kaladziç, 114.
London. “Uembli” stadionu.
İtaliya: 21. Canluici Donnarumma, 2. Covanni Di Lorentso, 4. Leonardo Spinatsola, 6. Marko Verratti, 8. Jorjinyo, 10. Lorentso İnsinye, 11. Domeniko Berardi, 15. Françesko Açerbi, 17. Çiro İmmobile, 18. Nikola Barella, 19. Leonardo Bonuççi (k).
Avstriya: 13. Daniel Baxmann, 3. Aleksandr Draqoviç, 4. Martin Hinteregger, 7. Marko Arnautoviç, 8. David Alaba (k), 9. Marsel Sabitzer, 10. Florian Qrilliç, 19. Kristof Baumqartner, 21. Ştefan Layner, 23. Xavyer Şlager, 24. Konrad Laymer.
27 iyun
Niderland – Çexiya 0:2
Qol: T.Holeş, 68. P.Şik, 80.
Qırmızı vərəqə: M.De Liqt, 55.
Budapeşt. “Puşkaş Arena”.
Niderland: 1. Martin Stekelenburq, 3. Matteys De Liqt, 6. Stefan de Vrey, 8. Corcinyo Veynaldum (k), 10. Memfis Depay, 12. Patrik van Aanholt, 15. Marten de Ron, 17. Deyli Blind, 18. Donyell Malen, 21. Frenki de Yonq, 22. Denzel Dumfris.
Çexiya: 1. Tomaş Vatslik, 2. Pavel Kaderabek, 3. Andrey Çelustka, 5. Vladimir Çoufal, 6. Tomaş Kalas, 7. Antonin Barak, 9. Tomaş Holeş, 10. Patrik Şik, 12. Lukas Masopust, 13. Petr Şevçik, 15. Tomaş Souçek (k).
Belçika – Portuqaliya 1:0
Qol: T.Hazard, 42.
Sevilya. “La Kartuxa” stadionu.
Belçika: 1. Tibo Kurtua, 2. Tobi Alderveyreld, 3. Tomas Vermalen, 5. Yan Vertongen, 6. Aksel Vitsel, 7. Kevin De Bruyne, 8. Yuri Tilemans, 9. Romelu Lukaku, 10. Eden Hazard (k), 15. Tomas Munye, 16. Torqan Hazard.
Portuqaliya: 1. Rui Patrisio, 3. Pepe, 4. Ruben Dias, 5. Rafael Gerreyro, 7. Kristiano Ronaldo (k), 8. Joao Moutinyo, 10. Bernardo Silva, 16. Renato Sançes, 20. Dioqo Dalot, 21. Dioqo Jota, 26. Joao Palinya.
28 iyun
Xorvatiya – İspaniya 3:5
Qol: Pedri, 20-öz qapısına. M.Orşiç, 85. M.Paşaliç, 90+2 – P.Sarabiya, 38. S.Aspilikueta, 57. F.Torres, 77. A.Morata, 100. M.Oyarzabal, 103.
Kopenhagen. “Parken” stadionu.
Xorvatiya: 1. Dominik Livakoviç, 5. Duye Çaleta-Çar, 8. Mateo Kovaçiç, 10. Luka Modriç (k), 11. Marselo Brozoviç, 13. Nikola Vlaşiç, 17. Ante Rebiç, 20. Bruno Petkoviç, 21. Domaqoy Vida, 22. Yosip Yuranoviç, 25. Yoşko Qvardiol.
İspaniya: 23. Unai Simon, 2. Sesar Aspilikueta, 5. Serxio Buskets (k), 7. Alvaro Morata, 8. Koke, 11. Ferran Torres, 12. Erik Qarsiya, 14. Xose Qaya, 22. Pablo Sarabiya, 24. Aymerik Laporte, 26. Pedri.
Fransa – İsveçrə 3:3 (penaltilər 4:5)
Qol: K.Benzema, 57; 59. P.Poqba, 75 – H.Seferoviç, 15; 81. M.Qavranoviç, 90.
Matçın 55-ci dəqiqəsində R.Rodriqes penaltidən yararlana bilməyib (qapıçı).
Buxarest. Milli stadion.
Fransa: 1. Uqo Lloris (k), 2. Benjamin Pavar, 3. Presnel Kimpembe, 4. Rafael Varan, 5. Kleman Lanqle, 6. Pol Poqba, 7. Antuan Qrizmann, 10. Kilian Mbappe, 13. Nqolo Kante, 14. Adrien Rabiot, 19. Kərim Benzema.
İsveçrə: 1. Yan Zommer, 3. Silvan Vidmer, 4. Niko Elvedi, 5. Manuel Akanci, 7. Bril Embolo, 8. Remo Froyler, 9. Haris Seferoviç, 10. Qranit Caka (k), 13. Rikardo Rodriqes, 14. Stiven Zuber, 23. Cerdan Şakiri.
29 iyun
İngiltərə – Almaniya 2:0
Qol: R.Sterlinq, 75. H.Keyn, 86.
London. “Uembli” stadionu.
İngiltərə: 1. Cordan Pikford, 2. Kayl Uolker, 3. Lyuk Şou, 4. Deklan Rays, 5. Con Stounz, 6. Harri Maquayr, 9. Harri Keyn (k), 10. Rahim Sterlinq, 12. Kiran Trippyer, 14. Kelvin Fillips, 25. Bukayo Saka.
Almaniya: 1. Manuel Noyer (k), 2. Antonio Rüdiger, 4. Mattias Ginter, 5. Mats Hummels, 6. Yozua Kimmix, 7. Kay Haverts, 8. Toni Kroos, 11. Timo Verner, 18. Leon Qoretska, 20. Robin Qosens, 25. Tomas Müller.
İsveç – Ukrayna 1:2
Qol: E.Forsberq, 43 – A.Zinçenko, 27. A.Dovbik, 120+1.
Qırmızı vərəqə: M.Danielson, 99.
Qlazqo. “Hempden Park” stadionu.
İsveç: 1. Robin Olsen, 2. Mikael Lustiq, 3. Viktor Lindelöf, 6. Lüdviq Auqustinsson, 7. Sebastyan Larsson (k), 8. Albin Ekdal, 10. Emil Forsberq, 11. Aleksandr İsak, 20. Kristoffer Olsson, 21. Deyan Kuluşevski, 24. Markus Danielson.
Ukrayna: 1. Georgi Buşçan, 4. Sergey Krivçov, 5. Sergey Sidorçuk, 6. Taras Stepanenko, 7. Andrey Yarmolenko (k), 9. Roman Yaremçuk, 10. Mikola Şaparenko, 13. İlya Zabarnı, 17. Aleksandr Zinçenko, 21. Aleksandr Karavayev, 22. Mikola Matviyenko.
Bombardir: Kriştiano Ronaldo (Portuqaliya) – 5 qol.
Bizi Facebook-da izləyin