Bu gün 3 komanda AÇ-2024-ün final mərhələsinə vəsiqəni təmin edə bilər
Bu gün AÇ-2024-ün seçmə mərhələsində 7-ci turun növbəti oyunları keçiriləcək.
Komanda.az xəbər verir ki, B, F və J qruplarında 7 oyun keçiriləcək. Bu qrupların hər birində bir komanda final mərhələsinə vəsiqəni rəsmiləşdirə bilər.
B qrupunda Fransa Niderlanda qalib gəlsə, Almaniyada keçiriləcək qitə birinciliyində iştirak hüququna yiyələnəcək. Oyun heç-heçə nəticələnsə, digər matçda Yunanıstan İrlandiyaya məğlub olsa, fransızlar yenə hədəfə çatacaqlar.
Azərbaycan millisinin yer aldığı F qrupunda keçiriləcək Avstriya – Belçika qarşılaşmasının qalibi AÇ-2024-ə vəsiqə qazanacaq.
AÇ-2024, seçmə mərhələ, 7-ci tur
13 oktyabr
B qrupu
22:45. İrlandiya – Yunanıstan
22:45. Niderland – Fransa
Xal: Fransa – 15 xal (5 oyun), Niderland – 9 (4), Yunanıstan – 9 (5), İrlandiya – 3 (5), Cəbəllütariq – 0 (5)
F qrupu
20:00. Estoniya – Azərbaycan
22:45. Avstriya – Belçika
Xal: Belçika – 13 (5), Avstriya – 13 (5), İsveç – 6 (5), Azərbaycan – 1 (4), Estoniya – 1 (5)
J qrupu
22:45. İslandiya – Lüksemburq
22:45. Portuqaliya – Slovakiya
22:45. Lixtenşteyn – Bosniya və Herseqovina
Xal: Portuqaliya – 18 (6), Slovakiya – 13 (6), Lüksemburq – 10 (6), Bosniya və Herseqovina – 6 (6), İslandiya – 6 (6), Lixtenşteyn – 0 (6)
Bizi Facebook-da izləyin