Azərbaycan millisi azlıqda qalan finləri məğlub edə bilmədi
Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.
Komanda.az xəbər verir ki, Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv Finlandiyadan olan həmyaşıdları ilə qarşılaşıb. Sumqayıt şəhər stadionunda keçirilən oyun heç-heçə yekunlaşıb.
Azərbaycan yığması Avropa çempionatının A qrupunda Norveç, Xorvatiya, Avstriya, Finlandiya və Estoniya ilə mübarizə aparır. Qrupun digər matçlarına gəlincə, bu gün Xorvatiya doğma meydanda Norveçi 3:2 hesabıyla məğlub edib. Estoniya yığması isə evdə Avstriyaya 4 cavabsız qolla uduzub.
Avropa çempionatı, seçmə mərhələ
8 oktyabr
Azərbaycan U-21 – Finlandiya U-21 1:1
Qol: R.Hüseynli, 86 – D.Hakans, 75.
Qırmızı vərəqə: T.Ablade, 66.
Baş hakim: Viktor Şimuşik (Belarus)
Azərbaycan: 22. Nicat Mehbalıyev, 2. Samet Karakoç, 3. Arsen Ağcabəyov, 4. Cəlal Hüseynov, 5. Rauf Hüseynli (k), 6. İldar Ələkbərov, 8. Səbuhi Abdullazadə, 9. Musa Qurbanlı, 16. Ədilxan Qarəhmədov, 17. Rüfət Abdullazadə, 19. İsmayıl Zülfüqarlı.
Ehtiyat oyunçular: 12. Əkbər Vəliyev, 7. Turan Vəlizadə, 10. Asim Əlizadə, 11. Camal Cəfərov, 13. Ramin Əhmədov, 14. Vüsal Əsgərov, 15. Nihad Quliyev, 18. Mustafa Yıldırım, 20. Abdulla Rzayev.
Baş məşqçi: Milan Obradoviç.
Finlandiya: 1. Vilyami Sinisalo (k), 3. Taneli Hamalaynen, 4. Robin Tihi, 7. Oliver Antman, 10. Naatan Skyutta, 15. Ville Koski, 16. Piri Hannola, 18. Daniel Hakans, 19. Terri Ablade, 20. Santeri Vananen, 22. Yulius Tauriaynen.
Ehtiyat oyunçular: 23. Lukas Berqström, 2. Yuho Huvarinen, 5. Matias Vainionpa, 6. Yaakko Oksanen, 9. Antoni Olusanya, 11. Eetu Mömmö, 13. Yuho Oyanen, 14. Yuho Kilo, 21. Matias Rale.
Baş məşqçi: Yuha Malinen.
Bizi Facebook-da izləyin