“Bu gün 2 xal itirdik” – Yunis Hüseynov

“Turan Tovuz” Azərbaycan Premyer Liqasının 31-ci turu çərçivəsində səfərdə “Araz-Naxçıvan”la 1:1 hesablı heç-heçə edib.

Komanda.az xəbər verir ki, Qərb bölgəsi təmsilçisinin məşqçisi Yunis Hüseynov oyundan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:

“Bu gün qələbə qazanmaq istəyirdik. Komandamız pis təsir bağışlamadı. Əfsuslar olsun ki, qapımızda qol gördük. Buraxdığımız qollara baxsaq,görərik ki, öz səhvlərimizdən buraxırıq. Qarşıda oyunlar var, onlara hazırlaşacağıq. Çalışacağıq ki, yaxşı nəticələr əldə edək. Bu gün 2 xal itirdik. Bu gün qalib gəlsəydik, rəqibə yaxınlaşırdıq. “Va bank” da getmək istəmədik. Qarşıda 5 tur var və hər şey dəyişə bilər. Bu gün əlimizdə olanlardan istifadə etdik. Zədəlilərimiz çoxdur. Ona görə də, risk etmədik. Dünənki məşqdə də Jo ciddi zədə aldı. Əməliyyat ediləcək. Mövsümü demək olar ki, bitirib. Zədəlilər qayıtsalar, oyunumuz tamam başqa cür olacaq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button