Azərbaycan millisindən son oyunda inamlı qələbə
Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində son oyununu keçirib.
Komanda.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv San Marinonun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Azərbaycan millisi turnir çərçivəsində bundan əvvəl keçirdiyi iki oyunda uduzmuşdu. Yığma komanda Norveçə 0:1, Çexiyaya isə 0:4 hesabıyla məğlub olmuşdu.
Son oyunda isə yığmamız qələbə qazanan tərəf olub. Azərbaycanlı futbolçular 2 cavabsız qolla üstün olublar.
Avropa çempionatı, seçmə mərhələ
15 oktyabr
Azərbaycan U-19 – San Marino U-19 2:0
Qol: Rüfət Abdullazadə, 22. Tural Bayramov, 50.
Baş hakim: Alan Mario Sant (Malta)
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin