
Azərbaycan millisi Türkiyə ilə bir qrupda
Bu gün 19 yaşadək futbolçulardan ibarət komandalar arasında final mərhələsi 2023-cü ildə Maltada təşkil olunacaq Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkü atılıb.
Komanda.az xəbər verir ki, püşkün nəticəsinə əsasən, yığma Türkiyə, Bolqarıstan və Lüksemburq komandaları ilə 2-ci qrupda mübarizə aparacaq.
Qrup mərhələsinin oyunları gələn ilin sentyabr ayında Bolqarıstanda təşkil olunacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin