“Bu gün 10 nəfərlə oynamaq çətin idi” – De Byazi
Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi səfərdə Belçikaya 0:5 hesabı ilə uduzduqları AÇ-2024-ün seçmə mərhələsinin sonuncu tur matçından sonra mətbuat konfransında iştirak edib.
Komanda.az xəbər verir ki, italiyalı mütəxəssis üç gündən bir oynamağın çətin olduğunu deyib:
“Bu gün 10 nəfərlə oynamaq çətin idi. Uşaqlar bundan artığını edə bilməzdilər.
Güclü rəqibə qarşı oynadıq. Qrupda yalnız bir heç-heçələri var idi. O da məlum səbəblərə görə yarımçıq dayandırılmış görüşdür. Üç gündən bir oynamaq bizə çətindir. Seçmə mərhələdə az xal yığsaq da, sonadək mübarizə apardıq”.
O, Eddi İsrafilova start heyətdə şans verməsinə toxunub:
“Fiziki baxımdan bunu nəzərə almalıyıq. Özümüz də uşaqlarla danışırıq. Eddi İsveçə qarşı yaxşı oyun sərgiləmişdi. Planımız fasilədə onu Coşqun Diniyevlə əvəzləmək idi. Amma alınmadı. İkinci hissədən daha çox razı qaldım. Birinci hissəyə yaxşı başlamamışdıq. Mənim komandalarım heç vaxt təslim olmamalıdır. 8 nəfərlə qalsaq da, sonadək döyüşməliyik”.
Bizi Facebook-da izləyin