“Bu gün 10-11 xalımız ola bilərdi, məyus olmamaq mümkün deyil” – Rəşad Sadıqov
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
“Futbolçularımı göstərikləri oyuna görə təbrik edirəm, alınlarından öpürəm. “Sabah”a qol imkanı vermirdik. Rəqib hesabda geridə idi, böyük qüvvə ilə irəli atılmışdı. Bu da gözlənilən idi. 55-60-cı dəqiqəyə qədər oyun tam bizim nəzarətimizdə idi. Daha sonra ağıllı müdafiə olunduq, rəqibi əks-hücumlarda tuturduq. Amma 90 dəqiqə hücumda olmaq olmur. Ümumilikdə oyundan razı qaldm. Bu il keçirdiyimiz ən dinamik, sürətli oyun idi.
Hamımız bilirik ki, Təmkin Xəlilzadə emosional oyunçudur. İkinci sarı vərəqə almaması üçün dərhal emosiyasını boğmağa çalışdım.
Legioner limitinə görə problem yaşamıram. Mən də limitin dəyişdirilməsinin tərəfdarıyam. Amma bunun üçün komanda sayı artırılmalıdır. Mən bunu ilin əvvəlində Məşqçilər Komitəsinə təklif etmişəm. Kollektiv şəkildə müzakirə etmək lazımdır. “Neftçi”, “Qarabağ” kimi komandalar təklif irəli sürürsə, bu, mütləq müzakirəyə çıxmalıdır. Çünki bu komandalar ölkə futbolunun yükünü çiynində daşıyırlar. Amma bu mövsümün əvvəlində olmalıdır. Çünki heyəti bu limitə görə qurmuşuq. Limitin ləğv olunmasının milliyə zərəri olduğunu düşünmürəm. Bu məsələni nəzərdən keçirmək olar.
Hakim səhvlərindən danışmaq ən xoşlamadığım şeydir. Amma elə epizdlar olur ki, nəticəyə təsir edir. Bu gün 10-11 xalımız ola bilərdi. Künc zərbəsi zamanı oyunçu ilə toqquşma zamanı top Mehdi Cənnətovun əlində idi. Aydın görünür ki, rəqib onu itələyib. Məyus olmamaq mümkün deyil”.
Bizi Facebook-da izləyin