Deşam: “Bu, gözlədiyimiz nəticə deyil”

Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində səfərdə İslandiya yığması ilə heç-heçə (2:2) haqda danışıb.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, o, oyunu belə şərh edib:

“Hesab 2:1 olanda konsentrasiyanı itirdik və ikinci hissədə rahatlaşdıq. Çoxlu qol imkanlarımız oldu, rəqibimiz isə iki qoldan ikisini də dəyərləndirdi. Məncə, onların ilk qolu kobudluq olduğu üçün ləğv edilməli idi. Hakimlər bunu qaçırdılar. Bu, gözlədiyimiz nəticə deyil”.

Fransa millisi Azərbaycan yığmasının da olduğu qrupda dörd turdan sonra 10 xalla liderdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button