“Bu gecə qəhrəman ola biləcəyini dedim və oldu” – Van Dayk
“Liverpul”un futbolçusu Vircil Van Dayk UEFA superkubokunda “Çelsi”ni məğlub etdikləri oyundan sonra açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, holland müdafiəçi, qələbə qazandıqları matçla bağlı bunları deyib:
“Azarkeşlər üçün yaxşı oyun oldu, ancaq hər iki tərəf də çox çətinlik çəkdi. “Çelsi” yaxşı oynadı, amma ikinci hissədə biz daha sağlam qaldıq. Rəqibi təzyiq altına aldıq və qələbə qazanmağı bacardıq.
Penaltilər seriyasından əvvəl qapıçımız Adriana bu gecə qəhrəman ola biləcəyini dedim və oldu. Onun adına çox xoşbəxtəm”.
“Liverpul” – “Çelsi” matçının əsas vaxtı 1:1 hesabıyla başa çatıb. Əlavə vaxtda da bərabərlik qeydə alınıb – 2:2. Bu üzdən də, qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Liverpul” superkubokun sahibi olub.
Bizi Facebook-da izləyin