“Bu, futboldur, hər şey ola bilər” – Simeone

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone İspaniya kubokunun ilk yarımfinal oyununda “Atletik”ə məğlubiyyətdən (0:1) danışıb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, o, cavab oyununda qələbə üçün əllərindən gələni edəcəklərini söyləyib:

“Ümumilikdə yaxşı oyun oynadıq, amma kubok oyunlarında səhvlər baha başa gəlir. Birinci hissədə çox yaxşı çıxış etdik. Şanslarımızı qola çevirə bilmədik, amma narahat olmayın, belə olur.

Rəqibin indi evdə üstünlüyü olacaq, öz azarkeşləri önündə oynayacaqlar, amma qələbə üçün əlimizdən gələni edəcəyik. Bu, futboldur, hər şey ola bilər”.

Komandalar arasında cavab oyunu fevralın 29-da baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button