“Bu futbolçulara çox inanıram” – Arteta
İngiltərə Federasiya kubokunun 1/16 final mərhələsi çərçivəsində “Bornmut”a 2:1 hesabı ilə qalib gələn “Arsenal”ın baş məşqçisi Mikel Arteta açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 37 yaşlı mütəxəssis, oyunla bağlı bunları deyib:
“Oyundan çox məmnunam. Burda qalib gəlmək hər zaman çətindir və biz bunu gənc komandayla bacardıq. Bəzi taktiki problemlər vardı. Sistemimizi bir neçə dəfə dəyişdirdik. Rəqibləri analiz edib, futbolçulara əlverişli şərait yaratmağa çalışırıq. Bu futbolçulara çox inanıram. Düşünürəm ki, yaxşılaşır, inkişaf edirlər. İstəklidirlər və qələbəyə acdırlar. Zamanla daha yaxşı olacaqlar”.
Mütəxəssis, transferlər və zədələnərək oyundan çıxan Şkodran Mustafinin vəziyyəti haqqında da danışıb:
“Yeni futbolçularla bağlı axtarışlarımız davam edir. Hələ ki, yenilik yoxdur.
Mustafinin zədəsinə gəlincə, onun vəziyyətini müəyyənləşdirməliyik. Onun meydandan belə çıxması normal hal deyil”.
Bizi Facebook-da izləyin