“Bu, futbol tarixinin ən böyük quldurluqlarından biridir”

“Liverpul”un sabiq müdafiəçisi Cimi Karrager UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda mersisaydlıların PSJ üzərində qələbəsindən (1:0) danışıb.

Komanda.az “Le Parisien”-ə istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu, “Liverpul”un çətinliklə qazandığı qələbəyə təəccübünü belə ifadə edib:

“Gözlərimə inanmıram. Bu, futbol tarixinin ən böyük quldurluqlarından biridir”.

Avropa futbolunun iki top-klubu arasında dünən Parisdə keçirilən matçda qonaqların yeganə qolunu ikinci hissədə yarımmüdafiəçi Harvi Elliot vurub.

“Liverpul” – PSJ cavab matçı martın 11-də İngiltərədə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button