“Bu, futbol dünyası üçün unikal bir turnir olacaq” – UEFA prezidenti
UEFA-nın prezidenti Aleksandr Çeferin Konfrans Liqası ilə bağlı açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 2021-ci ildən keçiriləcək üçüncü dərəcəli klub turniri ilə bağlı danışan UEFA prezidenti, bunları deyib:
“Bizim üçün ən vacib, eyni zamanda, ən çətin məsələ rəqabətdəki tarazlıqdır. Bəzi klubların bu qədər zəngin olması, digərlərinin isə getdikcə kasıblaması uzun müddətdir ki, futbolun ən böyük problemidir. Bir çox böyük ölkələrə daha çox avrokubok oyunları keçirmək lazımdır. Komandaların həm bu turnirdə, həm də Avropa Liqasında göstərdiyi nəticələr daha yüksək pillələrə qalxmasına imkan verəcək.
Bu, futbol dünyası üçün unikal bir turnir olacaq. İlkin mərhələdə bu turnir Çempionlar Liqasının vəsaiti hesabına maliyyələşəcək, amma bir müddət sonra yeni sponsorlorla əməkdaşlıq etmək üçün fürsətimiz olacaq”.
Bu turnirin yaradılması ilə Azərbaycan çempionu Çempionlar Liqasında, digər 3 təmsilçisi isə Konfrans Liqasında mübarizə aparacaq.
Bizi Facebook-da izləyin