Simeone federasiyanı tənqid etdi

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone İspaniya kral kubokunun təqviminə görə ölkənin futbol federasiyasını tənqid edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Simeone İspaniya kral kubokunun təqvimi haqqında bunları deyib: 

“Atletiko”nun hazırlaşmaq üçün cəm iki gününün olması mənə ədalətsizlik kimi görünür. Bu, federasiya tərəfindən hörmətsizlikdir. Qarşıda vacib yarımfinal oyunu var. Federasiya başa düşməlidir ki, bir komandanın hazırlaşmaq üçün cəmi iki günü qalır. “Atletik”lə çərşənbə günü yox, cümə axşamı oynasaq, nə fərqi olacaqdı?”

Madrid təmsilçisi turnirin yarımfinalında, fevralın 6-da “Atletik”lə qarşılaşacaq.

Kubok matçından əvvəl “Atletiko” fevralın 4-də “Real”la, ayın 2-də isə “Malyorka” ilə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button