“Bu, fantastik nəticədir” – Potter

“Çelsi”nin baş məşqçisi Qrem Potter UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində səfərdə “Milan” üzərində qazandıqları qələbəni (2:0) şərh edib.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, qalib gəlməyin asan olmadığını deyib:

“Bura gəlib qalib olmaq, əlbəttə ki, asan deyil. Oyunçulara şans vermək lazımdır. Düşünürəm ki, çox yaxşı oynadıq. Ümumiyyətlə, performansımız yaxşı idi. Bu, fantastik nəticədir.

Meyson Mount çox vacib oyunçudur. Onun sarı vərəqəsi var idi. Çox oynayır və fasilədə onu əvəz etməli olduğumu düşündüm. O, hücumda əla iş gördü, bizə penalti qazandırdı”.

E qrupuna 7 xalla “Çelsi” başçılıq edir. “Milan” 4 xal toplayıb və üçüncü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button