“Bu fəlakət idi” – İsveç millisinin hücumçusu

İsveç millisinin hücumçusu Viktor Dyekereş Azərbaycan yığmasına 0:3 hesabı ilə uduzduqları AÇ-2024-ün seçmə mərhələsinin oyunu barədə danışıb.

Komanda.az xəbər verir ki, “Sportinq”də çıxış edən 25 yaşlı futbolçu oyunun taleyinin erkən həll olunduğunu bildirib:

“Rəqib ilk 6 dəqiqədə iki qol vurdu. Bu fəlakət idi, belə şey baş verməməli idi. Bundan sonra mübarizə aparmaq çox çətin idi. Kifayət qədər yaxşı oynamadıq və qol şansları yaratmadıq”.

F qrupunda yer alan İsveç və Azərbaycan yığmaları 7 xalla müvafiq olaraq 3-4-cü pillələrdə qərarlaşıblar. Milli komandamız son turda Belçikanın qonağı olacaq, skandinavlar isə Estoniyanı qəbul edəcəklər. Hər iki qarşılaşma noyabrın 19-da gerçəkləşəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button