“Bu, dəlilikdir” – Azərbaycan millisinin futbolçusu
Hazırda ABŞ-ın “Feniks Rizinq” klubunun şərəfini qoruyan Rüfət Dadaşov açıqlama verib.
Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Azərbaycan millisinin üzvü, koronavirus pandemiyası ilə bağlı danışıb:
“Hazırda hansısa məşqdən söhbət belə gedə bilməz. Almaniyadakı kimi, artıq heç bir məşq keçirilmir. Futbolçular evdə məşq etməklə, formada qalmağa çalışırlar. Supermarketlərdə demək olar ki, hər şey satılıb, sadəcə boş rəflər var. Komanda ilə yalnız telefon vasitəsilə əlaqə saxlayırıq, evdən çıxmamağa çalışırıq. Bu, dəlilikdir.
Ümid edirəm ki, hər kəs sağlam qalmağı bacaracaq. Harda yaşamağımızdan asılı olmayaraq, bu xəstəliyə qalib gəlmək üçün əlimizdən gələni etməliyik”.
“Feniks Rizinq”in mübarizə apardığı ABŞ-ın 2-ci liqasında mayın 10-dək fasilə elan edilib.
Bizi Facebook-da izləyin