Bu dəfə “məğlublar” sevindi

Bu gün futzal üzrə Yüksək Liqada pley-off mərhələsinin ikinci oyunları keçirilib.

Komanda.az xəbər verir ki, ilk mərhələdən fərqli olaraq, bu dəfə günün ilk oyunu EKOL və “Araz” komandaları arasında baş tutub. İlk oyunda məğlub olan “Araz” seriyanı növbəti oyuna daşımaq üçün mütləq qələbə qazanmaq istəyirdi. Elə ilk dəqiqlərdə fəal olan da Alesionun yetirmələri idi. Sonda sevinən tərəf məhz Naxçıvan təmsilçisi olub. Beləliklə ikinci oyunda qələbə qazanan “Araz” seriyada hesabı bərabərləşdirib. Bu komandalardan hansının finala yüksələcəyi mayın 14-də Bakı İdman Sarayında keçiriləcək qarşılaşmadan sonra məlum olacaq.

İkinci oyunda da ilk təhlükəli vəziyyəti birinci matçda məğlub olmuş “Xəzər Cənub” yaradıb. Bu oyunda qələbə qazanan Lənkəran təmsilçisi finalçının müəyyənləşməsi üçün daha bir oyunun keçirilməsini labüdləşdirdi.

Yüksək Liqa
Pley-off mərhələsi, 2-ci oyunlar
11 may

EKOL – Araz 0:3
Qol
: M. Neyməti, 06:02, A. Mikaeli, 18:31, H. Seyidabolfaz, 37:58.
Hakimlər: Mehman Mahmudov, Azər Əskərov, Kənan Məlikov.
Bakı İdman Sarayı. Saat 14:30.
İlk oyun: 6:4

Xəzər Cənub – Neftçi İK 8:4
Qol
: F. Mazaheri, 03:43, 10:37, R. Qalapur, 09:40, A. Şocayi, 18:29, İ. Surqalı, 19:22, Ş. Şahnazi, 23:00, M. Pənahande, 26:30, Behzad Şebli, 36:56 – V. Borisov, 02:47, V. Şəfaye, 04:40, 19:57, V. Xocayev, 35:33.
Hakimlər: Rahin Heybətov, Ramil Namazov, Elmir Quluzadə.
Bakı İdman Sarayı. Saat 17:00.
İlk oyun: 3:4

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button