“Kluba gələndən bəri onun oyunundan çox məmnunam” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandanın vingeri Jeremi Doku haqda fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, belçikalı futbolçunun oyunundan razı olduğunu bildirib:

“Bu, Dokunun klubdakı uzun illərinin başlanğıcıdır, inanın mənə. O, müstəsna cinah oyunçusudur. Çox faydalı işlər görüb. Kluba gələndən bəri onun oyunundan çox məmnunam”.

21 yaşlı vinger “Renn”dən “Mançester Siti”yə keçib. Bu mövsüm o, “şəhərlilər”in heyətində bütün turnirlərdə 11 matçda iştirak edib, üç qol vurub və iki məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button