“Bu dəfə kuboku əldən vermək fikrimiz yoxdu” – Sənan Qurbanov

“Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri cavab oyununu (1:2, ilk oyun 1:0) şərh edib.

Komanda.az xəbər verir ki, o, qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

“Bilirdik ki, ağır oyun olacaq. Rəqib bütün rəqibləri üzərində daim üstün olur. Evdə qalib gəlsək də, bilirdik ki, çox çətin olacaq. “Qarabağ”ı mübarizədən kənarlaşdırmaq böyük xarakter tələb edirdi. Futbolçuları təbrik edirəm. “Qəbələ” 4-cü dəfədi ki, finala çıxır. Bu dəfə kuboku əldən vermək fikrimiz yoxdu. Sona qədər özlərinə inanmağa çağırmışdıq uşaqları. Şükürlər olsun ki, uşaqlar özlərinə inandılar. Özüm də inanırdım ki, lazım olan qolu vura biləcəyik. Final 1 oyundan ibarətdi. Burda emosiyalar düzgün cilovlanmalıdı. Qarşılaşmaya maksimal konsentrasiya ilə çıxmaq lazımdı. Oyuna maksimum hazırlaşmalıyıq. Bir amalımız var idi. Kuboku istefa vermis Tale Heydərova ərməğan etmək istəyirik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button