Luis Enrike: “Bu dəfə “Liverpul” bizdən daha yaxşı oynadı”

PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasında “Liverpul”la qarşılaşmada qazanılan qələbədən sonra açıqlama verib.

Komanda.az “Amazon Prime”-a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis bu dəfə “Liverpul”un onlardan daha yaxşı oynadıqlarını söyləyib:

“Bu dəfə “Liverpul” bizdən daha yaxşı oynadı, amma mənim uşaqlarım xüsusi stadion olan “Enfild”də xarakter nümayiş etdirdilər. Ən yaxşı futbolumuzu oynamağa çalışdıq, amma rəqib bu qədər qızışanda çətin olur. Hər iki komanda əla və mərhələni keçməyə layiq idi. Bu gün Donnarumma ilk matçdakı Alisson Bekker kimi idi”.

Parislilər ötən həftə öz meydanında uduzsalar da (0:1), “Enfild”dəki matçda qailb gəlməyi (1:0) bacarıblar. Ümumi nəticəsi bərabər olan matçda Luis Enrikenin yetirmələri penaltilər seriyasında daha dəqiq olub və 4:1 hesabı ilə qalib gəlib.

PSJ-nin 1/4 finaldakı rəqibi “Aston Villa” və “Brügge” cütünün qalibi olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button