Zidan “el klasiko” haqda: “Məğlub olsaq…”

İspaniya La Liqasının 26-cı turu çərçivəsində “Barselona” ilə qarşılaşacaq “Real”ın baş məşqçisi Zinəddin Zidan açıqlama verib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, fransalı mütəxəssis, əsas rəqiblə oyunda qalib gələcəklərinə inandığını bildirib:

“Hər kəs bu oyun üçün son dərəcə həyəcanlıdır. Gözəl futbol olacaq, qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Bu cür rəqibə qarşı oyunlarda hər şey baş verə bilər, amma öz futbolumuzu göstərməli və “Mançester Siti”ylə matçda (1:2) 78 dəqiqə necə mübarizə aparmışdıqsa, elə oynamalıyıq. Bu cür oyunlar bizim üçün şansdır. Məğlub olsaq, nə olacağını düşünmürəm. Pozitivəm, komandamın qələbə qazanmasını istəyirəm. Hücumla bağlı narahat deyiləm, çünki Eden Hazard olmadan dörd ay oyunlarda qalib gəldik. İlk dəqiqələrdən sona qədər azarkeşlərimizə ehtiyacımız var.

Hər kəs məni tənqid edə bilər, iki oyunda məğlub olduqdan sonra tənqid olunacağımı bilirdim. Amma öz işimi görmək, futbolçularımla birlikdə mübarizə aparmaq məcburiyyətindəyəm”.

“Real” – “Barselona” oyunu bu gün, saat 00:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button