“Bu cür görüşlərdə belə səhvlərə yol vermək olmaz”

Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün ilk oyununa çıxan “Araz Naxçıvan” “Orebro” ilə qarşılaşıb.

Komanda.az xəbər verir ki, 2:5 hesabıyla uduzduqları oyunla bağlı baş məşqçi Joze Alesio Da Silva federasiyanın rəsmi saytına açıqlama verib:

“Hər iki komanda bir-birini yaxşı analiz etmişdi. Birinci hissədə 5 foul limitini doldurduq və sonra rəqibə 10 metrlik cərimə zərbəsi vurmaq imkanı yaratdıq. Onlar da bundan maksimum istifadə etdilər.

Yaxşı oyun oldu, amma səhvlərimiz də çox oldu. Buraxdığımız 5 qoldan 2-ni 10 metrlik, birini isə penaltidən vurdular. Digər iki qolu isə demək olar, hədiyyə etdik. Demişdim ki, hər bir oyunumuz finala bərabərdir. Bu cür görüşlərdə belə səhvlərə yol vermək olmaz. Müdafiədə çox səhv etdik. Qol epizodları da yaratdıq, amma realizə edə bilmədik. Çoxlu səhvlər edirsənsə və imkanlarını realizə edə bilmirsənsə, bu cür nəticədən qaçmaq mümkün deyil.

Bilirik ki, işimiz çətin olacaq. Amma yarış davam edir. Yenidən komanda ilə söhbət edəcəyik, səhvləri göstərəcəyik və sabahkı oyuna hazırlaşacağıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button