“Bu cür axmaq qollar buraxmamalıyıq” – Sabitzer
“Mançester Yunayted”in yarımmüdafiəçisi Marsel Sabitzer UEFA Avropa Liqasının 1/4 finalının “Sevilya” ilə görüşünü (2:2) dəyərləndirib.
Komanda.az “utdreport”-a istinadən xəbər verir ki, dubl müəllifi olan futbolçu üzgün olduğunu bildirib:
“Söz tapa bilmirəm. Biz onları məğlub etməli idik. Şanslarımız da var idi. Bu cür axmaq qollar buraxmamalıyıq. Çox üzgünəm. Çox yaxşı şansı əldən verdik.
Sona qədər bütün diqqətini oyuna yönəltməlisən. Evdə 2:0 hesabı ilə öndə olanda məsələni elə oradaca sona çatdırmalısan”.
“Sevilya” – “Mançester Yunayted” cütünün cavab qarşılaşması aprelin 20-də İspaniyada keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin