“Bu, çox yaxşı qələbə idi”

“Liverpul”un hücumçusu Dioqo Jota Avropa Liqasının qrup mərhələsinin 3-cü turunun matçında “Tuluza” üzərində qazanılan qələbəni (5:1) şərh edib.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, komandasının çıxışını yüksək qiymətləndirib:

“Bu, çox yaxşı qələbə idi. Erkən qol vurduq, bu həmişə kömək edir. Bundan sonra oyuna “Liverpul” nəzarət edirdi, ona görə də, indi üç xala çox sevinirik. Ehtiyat oyunçular da çox yaxşı çıxış etdilər. Üç matçda 9 xal – plan belə idi. Mövsümün əvvəlində hədəfimiz olan növbəti oyunla pley-offa yüksələ bilərik. Biz bunu etmək istəyirik və buna nail olacağımıza əminik”.

“Liverpul” Avropa Liqasında 9 xal toplayıb və E qrupuna başçılıq edir. “Tuluza” “Union”la ikinci yeri bölüşür – hərəyə 4 xal.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button