“Bütün gücümüzü sərf etsək, hər kəsə qalib gələ bilərik” – Ten Haq
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq Premyer Liqanın 19-cu turunun “Aston Villa” ilə oyunundan (3:2) danışıb.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, komandanın çıxışını yüksək dəyərləndirib:
“Fasilə zamanı komandaya dedim: “İnanmağa davam edin”. Getdikcə daha çox təzyiq göstərməli idik. 1:2 hesabı ilə təzyiqi artırdığımız zaman nə baş verdiyini gördüz. Oyundan əvvəl demişdim ki, “Arsenal”la bərabər oynadıq, “Liverpul”la bərabər oynadıq, ona görə də, bütün gücümüzü sərf etsək, hər kəsə qalib gələ bilərik.
İnanın, hətta 0:2 hesabı ilə uduzsan belə, fərqi yoxdur. Biz eyni ruhda davam etməliyik, xarakter göstərməliyik və bu gün uşaqlar göstərdilər ki, həqiqətən də bunun üçün gücümüz var. Düşünürəm ki, bu, çox yaxşı komanda çıxışı idi”.
“Mançester Yunayted” Premyer Liqada 3 matçlıq qələbəsiz (2 məğlubiyyət və 1 heç-heçə) seriyasını qırıb. Erik ten Haqın komandası 31 xal toplayıb və İngiltərə çempionatının turnir cədvəlində 6-cı pillədə qərarlaşıb. “Aston Villa” 39 xalla 3-cü pillədədir.
Bizi Facebook-da izləyin