
Bu, ÇL-i qazanmaq üçün kifayət etmir – Mbappe
PSJ-nin futbolçusu Kilian Mbappe Fransa mətbuatına açıqlama verib.
Komanda.az xəbər verir ki, Mbappe, Çempionlar Liqasını qazanmaları üçün zamana ehtiyaclarının olduğunu deyib:
“Çempionlar Liqasını qazanmaq asan deyil. Mübarizəmizi davam etdirməli və təslim olmamalıyıq. Əlbəttə, bunun da zamanı gələcək.
Həqiqətən, güclü komanda formalaşdırırıq. Ancaq bu, ÇL-i qazanmaq üçün kifayət etmir.
Çempionlar Liqasını meydanda qazanırlar. Yaxşı komandayıq, amma meydanda işimizi daha yaxşı etməliyik”.
PSJ Çempionlar Liqasının 1/8 finalında “Mançester Yunayted”lə qarşılaşacaq. İlk oyun fevralın 12-də İngiltərədə keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin