“Öz evimizdə final oynamaq istəyirik” – Qrizmann

“Atletiko”nun futbolçusu Antuan Qrizmann İspaniya mətbuatına fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, fransız hücumçu, Çempionlar Liqasını qazanmaq istədiklərini deyib:

“Çempionlar Liqası, Avropa Liqası və dünya çempionatının finallarında oynayan futbolçularımız var. Vacib qarşılaşmalarda daha yaxşı oyun sərgilədiyimizi düşünürəm. Bu, ÇL-də daha irəli getməyimizə kömək olacaq.

Çempionlar Liqasının finalının bizim stadionda – “Vanda Metropolitano”da olması, bizi daha çox həvəsləndirir. Öz evimizdə final oynamaq istəyirik. Qarşımızda uzun zaman var. Yaxı nəticələr qazanıb, finalçı olmaq istəyirik”.

“Atletiko” Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində bu gün “Yuventus”la qarşılaşacaq. “Vanda Metropolitano” stadionunda keçiriləcək görüş, saat 00:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button