“Bu, Çempionlar Liqasında irəliləyişimizin açarı idi” – Qrizmann
“Atletiko”nun hücumçusu Antuan Qrizmann “Latsio” üzərində qələbəni (2:0) və Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlmələrini şərh edib.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, fransalı futbolçu qrupu birinci yerdə tamamladıqları üçün şad olduğunu deyib:
“Üç xal qazandığımız üçün çox şadıq, birinci olduq. Axı bu vacib idi, elə deyilmi? Biz həmişə matçlarda qalib gəlmək və bunu azarkeşlərimizin önündə etmək istəyirik. Düşünürəm ki, Niderlandda (“Feyenoord”la oyunu nəzərdə tutur) qələbə qazanmaq çox çətin idi. Hamımız müdafiədə birlikdə yaxşı oynadıq və qol vura bildik. Düşünürəm ki, bu, Çempionlar Liqasında irəliləyişimizin açarı idi”.
E qrupunda “Atletiko” (14 xal) birinci, “Latsio” isə (10 xal) ikinci olub. Hər iki komanda Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib.
Bizi Facebook-da izləyin