ÇL: “Ən əsası 1/8 finala çıxmaq idi”

“Bayern”in müdafiəçisi Alfonso Deyvis komandasının Çempionlar Liqasında “Seltik” üzərində ümumi qələbəsindən (ilk oyun 2:1, cavab matçı 1:1) sonra fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, rəqibin yaxşı komanda olduğunu bildirib:

“Bu, Çempionlar Liqasıdır. “Seltik”ə, yaxşı komandaya qarşı oynadıq. Onların gərgin olacağını bilirdik, ona görə də buna uyğun hazırlaşmalı olduq. Bu, futboldur. Əsas odur ki, biz irəli getdik. Təqvimi nəzərə alsaq, bu asan deyildi. Düşünürəm ki, bir vəziyyəti nəzərə almasaq, yaxşı müdafiə olunduq. Ən əsası 1/8 finala çıxmaq idi”.

“Bayern”in növbəti mərhələdəki rəqibinin adı fevralın 21-dəki püşkatmadan sonra məlum olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button