
“Keçmiş komandamı zirvədə görmək mənim üçün qürur mənbəyidir”
“Çelsi”nin sabiq futbolçusu Andrey Şevçenko London klubunun ABŞ-da keçirilən Klublararası dünya çempionatında qazandığı qələbəyə münasibət bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, sosial şəbəkə hesabında komandanı təbrik edib:
“Çelsi”ni turnirdə qalib gəlməsi münasibətilə təbrik edirəm. Bu, klub, futbolçular və azarkeşlər üçün böyük nailiyyətdir. Keçmiş komandamı zirvədə görmək mənim üçün qürur mənbəyidir. Bu anın həzzini yaşayın, siz buna layiqsiz”.
Klublararası dünya çempionatının final oyununda “Çelsi” PSJ üzərində 3:0 hesablı qələbə qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin