
“İsveç millisini daha yüksək səviyyəyə çıxarmaq istəyirəm”
İngiltərəli mütəxəssis Qrem Potter İsveç millisinə baş məşqçi təyin olunması barədə fikirlərini açıqlayıb.
Komanda.az İsveç Futbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, o, bu çağırışın onu çox sevindirdiyini bildirib:
“Bu çağırış məni çox sevindirir və böyük məmnunluq hissi yaradır. İsveç millisində dünyanın ən güclü liqalarında çıxış edən çoxlu istedadlı futbolçular var. Mən komandada hər şeyi düzgün qurmaq və onu daha yüksək səviyyəyə çıxarmaq istəyirəm”.
Əvvəlki baş məşqçi Yon-Dal Tomasson DÇ-2026-nın seçmə mərhələsində uğursuz nəticələr səbəbindən postunu tərk edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



