“Bu, karyeramın ən çətin qərarlarından biri idi” – “Bayern”dən imtina edən məşqçi
Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik “Bayern”dən imtina etməyin onun üçün çətin olduğunu etiraf edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, alman çalışdırıcı bunun karyerasının ən çətin qərarlarından biri olduğunu söyləyib:
“Bu, bütün karyeramın ən çətin qərarlarından biri idi. Əvvəllər klub işçiləri ilə işləmişəm. Dörd keçmiş futbolçum da o komandada çıxış edir. Ona görə də, görüşümüz xüsusi keçdi və söhbət Avropanın ən böyük klublarından birindən gedir. Belə təkliflər tez-tez gəlmir, mən bu variantı ciddi şəkildə nəzərdən keçirmişəm”.
65 yaşlı mütəxəssis mayın 2-də Münhen təmsilçisindən gələn təklifi qəbul etməyə hazır olmadığını bildirmişdi.
Ranqnik 2022-ci ilin yayından Avstriya millisini çalışdırır. Komanda onun rəhbərliyi altında 12 qələbə qazanıb, 3 dəfə heç-heçə edib, 5 dəfə isə məğlubiyyətlə üzləşib. Müqavilənin müddəti 31 iyul 2026-cı ilə qədərdir.
Avstriyalılar 2024-cü il Avropa çempionatının final mərhələsində Fransa, Polşa və Niderlandla eyni qrupda mübarizə aparacaqlar.
Bizi Facebook-da izləyin