ÇL: “Bu, böyük uğurdur” – Keçmiş futbolçu
Futbol üzrə İngiltərə yığmasının sabiq müdafiəçisi Joleon Leskott UEFA Çempionlar Liqasının 1/4 finalının “Mançester Siti” – “Bayern” oyununu (3:0) şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Mançester təmsilçisinin qazandığı qələbəni böyük uğur adlandırıb:
“Bu, böyük uğurdur. Qazanılan nəticə, yəqin ki, döyüşün yalnız birinci hissəsinin bitdiyini deyir. Buna baxmayaraq, “şəhərlilər”in futbolçuları yarımfinala çıxa biləcəklərinə inanmalıdırlar”.
“Bayern” – “Mançester Siti” cütünün cavab qarşılaşması Almaniyada baş tutacaq. Oyun aprelin 19-da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin