“Bu, böyük sevincdir” – Luis Enrike
İspaniya millisinin baş məşqçisi Luis Enrike UEFA Millətlər Liqası matçında Portuqaliya üzərində qazanılan qələbəni (1:0) şərh edib.
Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Portuqaliya millisinin əla komanda olduğunu deyib:
“Futbol qələbənin istənilən kədəri unutdurduğu idman növüdür. Portuqaliya millisi əla komandadır. Birinci hissədə topa sahib olmada çox, bəlkə də, çox israr etdim və buna nail olduq. İlk hissə topun bizim olduğunu göstərmək üçün lazım idi. İkinci hissədə qolun gələcəyini hiss etdim. Biz yenidən “dördlük final”a yüksəldik və bu, böyük sevincdir”.
İspaniya millisi Millətlər Liqasında 11 xal toplayıb və qrup birincisi olub. Portuqaliyalılar isə 10 xalla ikinci yeri tutub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin