
“Bu, bizim üçün önəmli qarşılaşma idi” – “Neftçi”nin məşqçisi
“Abşeron”la qarşılaşma bizim üçün önəmli idi”.
Komanda.az xəbər verir ki, bunu “Neftçi”nin məşqçisi Daviti Çivçivadze Azərbaycan Basketbol Liqasının 15-ci turunda “Abşeron”la oyundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, qələbəyə görə sevincli olduqlarını bildirib:
“İlk olaraq oyunçularımızı və azarkeşləri qələbə münasibətilə təbrik edirəm. Bu, bizim üçün önəmli qarşılaşma idi. Oyun ərzində müdafiəni düzgün qursaq, ribaundlara və ötürmələrə nəzarət etsək, hər zaman qələbə qazana bilərik. Komandamızın yüksək potensialı var”.
“Neftçi” – “Abşeron” matçı birincilərin 80:56 hesablı qələbəsi ilə yekunlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin