“Bu, bizim əzmimizi qırmayacaq” – “Zirə” rəsmisi
“Zirə” Azərbaycan Premyer Liqasının 20-ci turunda doğma meydanda “Sabah”a 0:1 hesabı ilə məğlub olub.
Komanda.az xəbər verir ki, qəsəbə təmsilçisi son dövrlərdə hakim idarəçiliyindən narazıdır. “Səbail”lə matçda da “Zirə” tərəfi penalti məsələsinə görə narazı qalmışdı və həmin oyunda baş verənlər mətbuatda, sosial şəbəkədə də müzakirəyə səbəb olmuşdu. Klubun baş meneceri Elman Himayətoğlu son dövrlərdə olanlarla bağlı “instagram” hesabında paylaşım edib:
“Onların etdikləri bizi daha da gücləndirəcək. Aydındır ki, yalnız rəqiblərə qarşı mübarizə aparmırıq. Bu, bizim əzmimizi qırmayacaq. Sizinlə fəxr edirəm!”
“Zirə” tərəfi “Sabah”la matçın son dəqiqələrində qonaqların qazandığı penalti epizodundan öncə hakimin küncdən zərbə qərarı verilməli olduğunu bildirir.
Bizi Facebook-da izləyin