Ançelotti: “Bu, bizim ən yaxşı matçımız idi”

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya çempionatının 13-cü turunun “Valensiya” ilə oyunu (5:1) haqda fikirlərini bölüşüb.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, o, komandasının çıxışını yüksək qiymətləndirib:

“Bu, bizim ən yaxşı matçımız idi. “Valensiya” ən yaxşı səviyyəni göstərə bilmədi, çünki çox yaxşı oyun keçirdik. İlk 15 dəqiqədə daha yaxşı müdafiə oluna bilərdik. Oyun mükəmməl keçdi. Son üç matçda çox yaxşı oynadıq. Bu oyunlarda tam, keyfiyyətli, güclü, məqsədyönlü komanda idik”.

Madrid klubu La Liqanın 13 turundan sonra 32 xal toplayaraq ikinci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button