”Bu, bizi şoka salan çox ağrılı xəbərdir” – “Barselona”nın prezidenti

“Barselona”nın prezidenti Xuan Laporta Kataloniya klubunun əsas komandasının həkimi Karles Minarro Qarsiyanın vəfatından sonra açıqlama verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, komanda olaraq bu xəbərə görə çox məyus olduqlarını deyib:

“Mən “Barselona” adından hər kəs tərəfindən çox sevilən həkim Karles Minarro Qarsiyanın ölümünü elan etmək istərdim. O, bizim üçün əziz insan olduğundan, hamı bu xəbərə çox üzüldü. O, bütün səfərlərdə orada olan, oyunçuların və heyətin qayğısına qalan adamdır. Heç vaxt kiməsə kömək etməkdən imtina etməyib. O, əla, peşəkar həkim idi.
Baş verənlər bizi güclü etməlidir. Kədər və ağrının hiss edildiyi bu anda ediləcək ən yaxşı şey oyunun təxirə salınmasını istəmək idi və biz bunu etdik. Klub La Liqanın prezidenti ilə əlaqə saxladı. O, hər şeyi mükəmməl başa düşdü və bütün rəsmiyyətləri həll etdi. Biz “Osasuna”dan və baş məşqçisindən maksimum anlayış gördük. “Osasuna” bizim üçün lazım olan hər şeyi etməyə hazır idi.

Bu, bizi depressiyaya və şoka salan çox ağrılı xəbərdir. Klub həkimin həyat yoldaşı və anası ilə əlaqə saxlayıb. Baş verənlərdən dərhal xəbərdar olmaları bizim üçün vacib idi. Arvadı son dərəcə şoka düşdü, bu, başa düşüləndir və məntiqlidir. Biz onlara tam dəstəyimizi veririk, eyni zamanda, azarkeşlərimizdən və futbol dünyasından anlayış diləyirik. Qərarımızı bildirəndə maksimum anlayış gördük. Həkimə, onun ailəsinə, futbolçulara, heyətə və işçilərə hörmət edərək, matçı təxirə salmağı ən yaxşısı hesab etdik. Məncə, düzgün qərar verdik”.

Martın 8-də İspaniya La Liqasının 27-ci turunun “Barselona” – “Osasuna” matçı Qarsiyanın ölümü səbəbindən təxirə salınıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button