“Bu, bizdə uğurlu alındı” – Rəşad Sadıqov

“Bizi bir həftədən sonra Bakıda çətin görüş gözləyir”.

Komanda.az xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin “Şerif”lə (Moldova) ilk oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

42 yaşlı mütəxəssis qalib gəldikləri (1:0) görüşü şərh edib:

“İkinci hissədə hücum xəttini gücləndirmək istəyirdik. Düşünürəm ki, bu, bizdə uğurlu alındı. Görüşün sonlarında komandaların ifasında təhlükəli hücumlar izlədik. Hər iki komandanın qol vurmaq üçün şansları var idi. Futbolçularımın çıxışından razı qaldım. Amma öz gücümüzü bir az artırmalıyıq. Mövsümün ilk oyunları hər zaman ağır keçir”.

“Zirə” və “Şerif arasında cavab oyunu bir həftə sonra “Liv Bona Dea Arena” keçiriləcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button