DÇ-2022: “Bu, bizim birliyimizin nəticəsidir”
Portuqaliyalı yarımmüdafiəçi Bruno Fernandes DÇ-2022-nin ikinci turunda Uruqvay millisi üzərində qələbə haqda (2:0) fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı futbolçu komanda oyunu nəticəsində qələbə qazandıqlarını deyib:
“Bu, bizim komandamızın, birliyimizin və qarşılıqlı münasibətimizin nəticəsidir. Bütün bunlar bizə belə nəticələr qazanmağa imkan verir”.
Fernandes komanda yoldaşı Kriştiano Ronaldo barədə də fikir bildirib:
“Qolu Ronaldoya məxsus qeyd etdim. Deyəsən, ilk qolda o da topa toxunmuşdu. Məqsədim ona ötürmə vermək idi. Kriştiano hücumçudur, daim qol vurmaq istəyir. Bu, digər oyunçular üçün də vacibdir Əsas olan növbəti mərhələyə vəsiqə qazanmağımızdır”.
H qrupuna 6 xalla Portuqaliya yığması başçılıq edir. Onlar pley-off mərhələsinə vəsiqəni təmin etməyi bacarıb. Qana ikinci, Cənubi Koreya üçüncü, Uruqvay isə sonuncu pillədə yer alır.
Dekabrın 2-də Uruqvay Qana ilə, Portuqaliya isə Cənubi Koreya ilə üz-üzə gələcək.
Bizi Facebook-da izləyin